Fransa səfiri Emin Mahmudovla Mbappenin qollarını müqayisə etdi

Fransa səfiri Emin Mahmudovla Mbappenin qollarını müqayisə etdi

Hazırda oxunan: Fransa səfiri Emin Mahmudovla Mbappenin qollarını müqayisə etdi

165097

Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat UEFA AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – Fransa nümayəndəsi qeyd edib.
Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə aşağıdan üçüncü – 198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə endirərək fərqlənib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO