Mbappe 300-cü qolunu vurdu - Messini geridə qoydu

Mbappe 300-cü qolunu vurdu - Messini geridə qoydu

Hazırda oxunan: Mbappe 300-cü qolunu vurdu - Messini geridə qoydu

165059

PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matçda (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.

Bizim.Media “championat.com” saytına istinadən xəbər verir ki, fransız bunu 24 yaşında bacarıb.

Lionel Messi, Kriştiano Ronaldo və Neymar 25 yaşından sonra bu rəqəmə çatıblar.

Kilian həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bütün zamanların qolçuları siyahısında üçüncü yerə yüksəlib. O, Antuan Qrizmanı qabaqlayıb (44).

Mbappedən yalnız eyni oyunda qol vuran Olivye Jiru (54) və karyerasını artıq başa vurmuş Tyerri Anri (51) öndədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO