“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO 

“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO 

Hazırda oxunan: “Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO 
164893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

7 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun açılış oyunu və günün ikinci oyunu baş tutub.  

Bizim.Media xəbər verir ki, açılış oyununda Xaçmaz təmsilçisi "NTD-INDIGO", "Xəzri" klubu ilə qarşılaşıb.  

Oyuna üstün başlayan "NTD-INDIGO" yekunda rəqibi üzərində 86-71 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: "NTD-INDIGO" (Brendon Votkins - 22 xal, 11 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 17 xal, 4 ribaund)
Günün ikinci oyununu izləyənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və onun müvani Mariana Vasileva, həmçinin "Neftçi" futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev də olub.

Qarşılaşmaya üstün başlayan "Neftçi", ev sahibi üzərində 90-73 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Sumqayıt" (Smit Roderik - 22 xal, 9 ribaund ), "Neftçi" (Kamran Məmmədov - 21 xal, 4 asist) 

Qeyd edək ki, 4 -cü turun növbəti oyunları ("Gəncə" - "Xırdalan", "Şəki" - "Cəlilabad", "Sabah" - "Sərhədçi") 18 və 19 noyabr tarixlərində baş tutacaq. 

“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO  - foto 1
“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO  - foto 2
“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO  - foto 3
“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO  - foto 4
“Sumqayıt” öz meydanında ilk oyununu keçirdi - FOTO  - foto 5

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO