Konfrans Liqası: “Fənərbaxça” və “Beşiktaş” məğlub oldu 

Hazırda oxunan: Konfrans Liqası: “Fənərbaxça” və “Beşiktaş” məğlub oldu 

163710

UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün 4-cü turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub. 

Mahir Emrelinin komandası Zaqreb “Dinamo”su bu turda Plzen “Viktoriya”sına səfərdə növbəti dəfə məğlubiyyətə üzülüb. 

Türkiyə təmsilçilərindən “Beşiktaş”ə evdə “Bodo Qlimt”, “Fənərbaxça” isə Bolqarıstanda “Ludoqorets”ə uduzub. 

Avropa Konfrans Liqası 

Qrup mərhələsi 
 
9 noyabr 
 
A qrupu 
 
“Olimpiya” (Sloveniya) – “Klaksvik” (Farer adaları) 2:0 
 
Qollar: Sualehe, 84. Nukiç, 88. 
 
“Slovan” (Bratislava, Slovakiya) – “Lill” (Fransa) 1:1 
 
Qollar: Kavriç, 80 – A.Qomes, 52. 
 
Xal: Lill – 8. Slovan – 7. Klaksvik – 4. Olimpiya – 3. 
 
B qrupu 
 
“Breydablik” (İslandiya) – “Gent” (Belçika) 2:3 
 
Qollar: Svanthorsson, 16; 18 – Orban, 6; 54-pen; 69. 
 
“Zarya” (Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:3 
 
Qollar: Alefirenko, 74 – Lukkassen, 7. Perets, 26; 43. 
 
Xal: Gent – 10. Makkabi – 6. Zarya – 4. Breydablik – 0. 
 
C qrupu 
 
“Astana” (Qazaxıstan) – “Ballkani” (Kosovo) 0:0 
 
“Viktoriya” (Plzen, Çexiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0 
 
Qol: Çori, 35-pen. 
 
Xal: Viktoriya – 12. Ballkani – 4. Astana – 4. Dinamo – 3. 
 
D qrupu 
 
“Beşiktaş” (Türkiyə) – “Bodo Qlimt” (Norveç) 1:2 
 
Qollar: T.Bingöl, 64 – Mumbaqna, 38; 49. 
 
“Brügge” (Belçika) – “Luqano” (İsveçrə) 2:0 
 
Qollar: Tyaqo, 62-pen. Vanaken, 90+6. 
 
Xal: Brügge – 10. Bodo Qlimt – 7. Luqano – 4. Beşiktaş – 1. 
 
E qrupu 
 
“Legiya” (Polşa) – “Zrinski” (Bosniya və Herseqovina) 2:0 
 
Qollar: Auqustinyak, 14. Xosue, 30-pen. 
 
“Aston Villa” (İngiltərə) – “Alkmar” (Niderland) 2:1 
 
Qollar: D.Karlos, 61. Uotkins, 81 – Pavlidis, 52. 
 
Xal: Legiya – 9. Aston Villa – 9. Zrinski – 3. Alkmar – 3. 
 
F qrupu 
 
“Ferentsvaroş” (Macarıstan) – “Genk” (Belçika) 1:1 
 
Qollar:
Peşiç, 47 – Munyos, 62. 
 
“Çukariçki” (Serbiya) – “Fiorentina” (İtaliya) 0:1 
 
Qol: Nzola, 8-pen. 
 
Xal: Fiorentina – 8. Ferentsvaroş – 6. Genk – 6. Çukariçki – 0. 
 
G qrupu 
 
PAOK (Yunanıstan) – “Aberdin” (Şotlandiya) 2:2 
 
Qollar: Tayson, 23. Samatta, 67 – Duk, 14. Makqreyt, 70. 
 
HJK (Finlandiya) – “Ayntraxt” (Almaniya) 0:1 
 
Qol: Şaibi, 31. 
 
Xal: PAOK – 10. Ayntraxt – 9. Aberdin – 2. HJK – 1. 
 
H qrupu 
 
“Nordsyelland” (Danimarka) – “Spartak” (Trnava, Slovakiya) 1:1 
 
Qollar: İnqvartsen, 32-pen – Duris, 61. 
 
“Ludoqorets” (Bolqarıstan) – “Fənərbaxça” (Türkiyə) 2:0 
 
Qollar: Pyotrovski, 18. Seko, 90+2. 
 
Xal: Fənərbaxça – 9. Nordsyelland – 7. Ludoqorets – 6. Spartak – 1.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO