Azərbaycan Premyer Liqasında yeni rekord QEYDƏ ALINDI 

Azərbaycan Premyer Liqasında yeni rekord QEYDƏ ALINDI 

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında yeni rekord QEYDƏ ALINDI 
161146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasında son 23 ayın rekordu qeydə alınıb.  

Bizim.Media xəbər verir ki, bu, mövsümün X turuna təsadüf edib.  

Üç gün ərzində keçirilən 5 oyunda 19 top vurulub.  

“Səbail” – “Neftçi” (2:4) matçında 6, “Qəbələ” – “Araz-Naxçıvan”(1:4) görüşündə 5, “Turan Tovuz” – “Qarabağ” (2:2) və “Sabah” – “Sumqayıt” (3:1) qarşılaşmalarının hərəsində 4 qol qeydə alınıb. Yalnız “Kəpəz” – “Zirə” oyunu qolsuz bitib – 0:0. Bir turda 19 qolun vurulması təkcə mövsümün deyil, 10 komandanın mübarizə apardığı son iki çempionatın mütləq rekordudur. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. 

Ölkə çempionatları tarixində daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021-ci ilin noyabrında təsadüf olunub. 2021/22 mövsümünün X turunda keçirilən 4 matçda 17 qol vurulub. Həmin vaxt məhsuldarlıq 4,25-ə bərabər olub. 

Noyabrın 6-7-də keçirilən turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri keçirilib. 

Qeyd edək ki, bunadək cari mövsümün rekordu 15 qolun vurulduğu I turda qeydə alınmışdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO