Naxçıvanda 20 min nəfərlik stadion TİKİLƏCƏK – ÖZƏL 

Naxçıvanda 20 min nəfərlik stadion TİKİLƏCƏK – ÖZƏL 

Hazırda oxunan: Naxçıvanda 20 min nəfərlik stadion TİKİLƏCƏK – ÖZƏL 
159165
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari mövsüm “Araz Naxçıvan”ın Premyer Liqaya qayıtması bütün futbolsevərlərin ürəyincə oldu. Neçə illərdir blokada şəraitində yaşayan bölgənin ölkənin futbol elitasında təmsil olunması Premyer Liqaya marağı daha da artırıb. 

Ancaq komanda hələ ki, doğma meydanda oynaya bilmir. Səbəb Naxçıvan şəhər stadionunun Peşəkar Futbol Liqasının tələblərinə cavab verməməsidir. Mövsümün əvvəlində arenanın təmir ediləcəyi gözlənilsə də, işlərin başlaması yubanıb.

Görəsən arenanın təmir işlərinin yubanmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən “Araz Naxçıvan”ın kordinatoru Sakit Rza layihələndirmə işlərinin getdiyini bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncənin stadion dərdi bitir: 16 minlik arena TİKİLƏCƏK


“Mövsümün əvvəlində stadionla bağlı PFL bizə tələblərini bildirmişdi. Bununla bağlı müvafiq qurumlarla birgə layihə işlərinə başlanılıb. Ancaq yenidənqurma işlərinin nə vaxt start götürəcəyi bilinmir. Yəqin ki, bu mövsüm “Araz Naxçıvan” Bakıda oynamalı olacaq. Çünki tikinti işlərinin xeyli vaxt aparacağı da istisna deyil”.

Klub rəsmisi ilə söhbətimizdə o da məlum olub ki, Naxçıvanda yeni stadionun tikilməsi planlaşdırılır: 

“Bildiyiniz kimi Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunub. Həmin proqram çərçivəsində Naxçıvan şəhərində yeni 20 minlik stadionun tikintisi də nəzərdə tutulub.

Artıq arena üçün yeni torpaq sahəsi də ayrılıb. Layihələndirmə başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək”.

Belə görünür ki, Naxçıvan azarkeşləri bu mövsüm doğma klublarının oyununa yalnız televiziya vasitəsilə baxa biləcəklər. Komandanın doğma bölgəyə qayıtması isə böyük ehtimalla növbəti mövsüm mümkün olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO