“Səbail” son dəqiqə qolu ilə “Qəbələ”ni məğlub etdi - VİDEO  

“Səbail” son dəqiqə qolu ilə “Qəbələ”ni məğlub etdi - VİDEO  

Hazırda oxunan: “Səbail” son dəqiqə qolu ilə “Qəbələ”ni məğlub etdi - VİDEO  

158781

Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Qəbələdə baş tutub.  

“Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərunə aydınlıq gətirib. Qonaqlar son anda vurduqları yeganə qol sayəsində səfərdən qələbə ilə qayıdıblar.  

“Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.  

Turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib və 2:1 hesabıyla qalib gəlib. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” oyunları isə sabah tutacaq.  

Misli Premyer Liqası 9-cu tur 7 oktyabr  

“Qəbələ” – “Səbail” 0:1  

Qol: Rüfət Abdullazadə, 90+5.  

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov. Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.  

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.

Baş məşqçi: Elmar Baxşıyev.

Səbail: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 3. Silven Deslandes. 

Baş məşqçi: Şahin Diniyev. 
 

Rəşad Rafiqoğlu, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO