Azərbaycan çempionatının başlama tarixi MƏLUM OLDU 

Azərbaycan çempionatının başlama tarixi MƏLUM OLDU 

Hazırda oxunan: Azərbaycan çempionatının başlama tarixi MƏLUM OLDU 
158492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək.

Bizim.Media xəbər verir ki, ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq.  

Bunlar "Sabah", NTD-İNDİQO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" kollektivləridir.  

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk "altılıq"da tamamlayan klublar pley-offa vəsiqə qazanacaqlar.  
Bu "altılıq"da ilk iki sıranı tutan klublar birbaşa pley-offun yarımfinalından, digər 4 kollektiv isə 1/4 finalından mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanan klub sevinən tərəf olacaq.  

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının oyunları "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində baş tutacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO