“Sabah” Əlcəzairli futbolçu ilə müqavilə BAĞLADI 

“Sabah” Əlcəzairli futbolçu ilə müqavilə BAĞLADI 

Hazırda oxunan: “Sabah” Əlcəzairli futbolçu ilə müqavilə BAĞLADI 
155067
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, hücumçu İshak Belfodil bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Belfodil karyerası ərzində Fransanın “Lion” (2009-2011), İtaliyanın “Bolonya” (2011/2012), “Parma” (2012/2013, 2014/2015), “İnter” (2013), “Livorno” (2014), BƏƏ-nin “Bani Yas” (2015/2016), Belçikanın “Standard” (2016-2017), Almaniyanın “Verder” (2017/2018), “Hoffenhaym” (2018-2021), “Herta” (2021/2022) və Qətərin “Al-Qarafa” (2022/2023) klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb.
Yeni transfer “Sabah”da 14 nömrəli formada çıxış edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO