
- A-
- A
- A+
İdman
18:00 / 07.09.2023
1 dəq oxunma
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu finala yüksəldi
154129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.
Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov və 66 kq-da Aydın Rzayev qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar.
İmranov həlledici görüşdə İsraildən olan Yehonatan Vekslerlə, Rzayev isə Tenqo Zirakaşvili (Gürcüstan) - Migel Qaqo (Portuqaliya) cütünün qalibi ilə güləşəcək.
Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Mikaela Skiakovelli ilə üz-üzə gələcək.
Bu gün tatamiyə çıxan Nicat Nağıyev (66 kq), Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) medal şanslarını itiriblər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































