Güləşçimiz Yekaterinburq şəhərində gümüş medal qazandı - FOTO

Güləşçimiz Yekaterinburq şəhərində gümüş medal qazandı - FOTO

Hazırda oxunan: Güləşçimiz Yekaterinburq şəhərində gümüş medal qazandı - FOTO

151910

Azərbaycanın Yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festifalında gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki finalda ölkəmizi təmsil edən güləşçi Sərxan Məmmədov (130) Rusiya təmsilçisi Azamat Gegkievə 4:2 hesabla məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləN Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO