Sərbəst güləşçilərimiz də Avropa çempionu oldu - FOTO

Sərbəst güləşçilərimiz də Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: Sərbəst güləşçilərimiz də Avropa çempionu oldu - FOTO
144220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb.

Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da tarixi uğura imza atıb.

Bizim.Media xəbər verir ki, komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 143 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub.

Bu nəticə sərbəst güləş üzrə yığmamızın U-20 Avropa çempionatlarında topladığı ən yüksək xaldır. 

Sərbəst güləşçilərimiz də Avropa çempionu oldu - FOTO - foto 1

Qeyd edək ki, Arif Abdullayev, Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmamızın heyətində Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempionu olub. Yusif Dursunov (125 kq) ikinci, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə üçüncü yeri tutub.
 

Sərbəst güləşçilərimiz də Avropa çempionu oldu - FOTO - foto 2


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO