“Böyük dəbilqə”: Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq

“Böyük dəbilqə”: Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq

Hazırda oxunan: “Böyük dəbilqə”: Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq
13979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, cüdoçumuz üçüncü yer uğrunda yerli idmançı Obidxon Nomonov ilə gücünü sınayacaq.

Bu gün mübarizə aparan digər cüdoçularımız - 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib.

Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.

Qeyd edək ki, martın 5-də start götürmüş yarışda komandamızın aktivində medal yoxdur.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO