Messi bu klubların təklifini RƏDD ETDİ 

Messi bu klubların təklifini RƏDD ETDİ 

Hazırda oxunan: Messi bu klubların təklifini RƏDD ETDİ 

132148

PSJ-nin hücumçusu Lionel Messi  Səudiyyə Ərəbistanı və ABŞ klublarından təkliflər alıb.

Bizim.Media xəbər verir ki, 35 yaşlı futbolçu bu seçimlərdən imtina edib. Argentinalı oyunçunun qarşısında iki variant qalıb – ya Paris təmsilçisi ilə müqaviləni uzatmaq, ya da “Barselona”ya qayıtmaq. 

Hücumçunun Kataloniya təmsilçisinə qayıtması variantı son bir neçə həftədə ən çox müzakirə olunan variantdır.  

Bildirilir ki, klub 21 ilini strukturunda keçirən futbolçunun yenidən "Barselona"ya qayıtması üçün hər şeyi edir. Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatır, ona görə də maliyyə problemləri yaşayan Kataloniya klubu yalnız onun şəxsi müqaviləsi ilə məşğul olmalıdır. 
Lionel Messi bu mövsüm PSJ-nin heyətində 35 oyunda 20 qol vurub, 18 qolun ötürməsini verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO