"Qarabağ"ın 18 aylıq məğlubiyyətsizlik seriyasına SON QOYULDU

Hazırda oxunan: "Qarabağ"ın 18 aylıq məğlubiyyətsizlik seriyasına SON QOYULDU
131097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk məğlubiyyətini alıb.

Bizim.Media xəbər verir ki, bu, Premyer Liqanın XXX turunda "Sabah"la keçirilən oyuna təsadüf edib.

"Bank Respublika Arena"da baş tutan qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna qədər axırıncı dəfə 2021/2022 mövsümünün VIII turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.

“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib.

Qeyd edək ki, hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO