Qurban Qurbanov baş məşqçi kimi 400-cü qələbəsini QAZANDI

Qurban Qurbanov baş məşqçi kimi 400-cü qələbəsini QAZANDI

Hazırda oxunan: Qurban Qurbanov baş məşqçi kimi 400-cü qələbəsini QAZANDI
129880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ”ın sükanı arxasında olan Qurban Qurbanov baş məşqçi kimi 400-cü qələbəsini qazanıb.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin yubileyi XXIX tura təsadüf edib.

“Kəpəz” üzərində 3:1 hesablı qələbə Qurbanova üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.

Bu, onun baş məşqçi karyerasında 704-cü matçında qeydə alınıb. XXV turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib.

Hər iki görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.

Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.
Qeyd edək ki, təcrübəli mütəxəssisin baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO