Futbolçunu vuran hakimi 15 oyunluq cəza gözləyir

Futbolçunu vuran hakimi 15 oyunluq cəza gözləyir

Hazırda oxunan: Futbolçunu vuran hakimi 15 oyunluq cəza gözləyir

128767

Meksikalı hakim Fernando Hernandes xoşagəlməz hərəkəti ilə gündəmə düşüb. 

Bizim.Media xəbər verir ki, o, Meksika çempionatının 13-cü turunun "Amerika" - "Leon" matçında (2:2) qonaqların oyunçusu Lukas Romeroya sarı vərəqə göstərib, daha sonra onun diz nahiyəsinə zərbə endirib. Bu vaxt futbolçu yerə yıxılıb.  

Meksika Futbol Federasiyası hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Oyunçuya qarşı fiziki zorakılığa görə hakimi 15 oyunluq diskvalifikasiya, həmçinin 3-51,8 min Meksika pesosu (166-2867 dollar arası) cərimə gözləyir. 

Fernando Hernandes daha sonra sosial şəbəkədə hərəkətinə görə üzr istəyib. 

“Dünən verdiyim reaksiyaya görə azarkeşlərdən və ümumilikdə ictimaiyyətdən, eləcə də Lukas Romerodan üzr istəyirəm. Heç vaxt digər oyunçular kimi ona hücum etməzdim. Mən öz günahımı bilirəm və intizam komitəsinin qəbul etdiyi istənilən qərarla razılaşacağam” - deyə Hernandes İnstaqram hesabında yazıb. 

Məlumata görə, matçdan dərhal sonra hakim Lukas Romerodan üzr istəmək üçün "Leon"un klub avtobusuna gedib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO