Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO
125074
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib. 

Bizim.Media xəbər verir ki, turnirin ilk günündə qızların yarışında -40 kq., -44 kq., -48 kq. və 52 kq. çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə -50 kq., -55 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 

- 50 kq. çəkidə Əhməd Rüstəmov bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.

- 55 kq. çəkidə Həsən Həsənli və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.

- 60 kq. çəkidə Ümüd Qurbanov bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.

Qızların mübarizəsində -48 kq. çəkidə Vüsalə Hacıyeva 5-ci, -40 kq. çəkidə Gülşən Hüseynova 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında -55 kq. çəkidə isə Ayxan Mirzəzadə 5-ci yerə çıxıb.

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO - foto 1
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO - foto 2
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO - foto 3
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO - foto 4
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində 5 medal qazandı - FOTO - foto 5

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO