Ronaldo boks matçında

Ronaldo boks matçında

Hazırda oxunan: Ronaldo boks matçında

122448

“Əl-Nəsr”in  hücumçusu Kriştiano Ronaldo bu həftəsonu Ceyk Pol və Tommi Fyuri arasında keçiriləcək boks matçına getməyi planlaşdırır . 

Bizim.Media xəbər verir ki, bu barədə portuqaliyalı oyunçu ilə yaxşı münasibətdə olan tanınmış jurnalist Piers Morqan "Talk Sport"un "Piers Morgan Uncensored" proqramında məlumat verib: 

“Kriştiano Ronaldo mənə bazar günü döyüşə qatılacağını bildirdi və o, mübarizənin möhtəşəm olacağını düşünür. Çoxları belə düşünür, o cümlədən biz”, - deyə Morqan şounun sonunda bildirib. 
Ceyk Pol və Tommi Fyuri dueli fevralın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanında keçiriləcək. Hər iki boksçu hələlik bir məğlubiyyət də almayıb. Ceyk Polun 6, Tommi Fyurinin 8 qələbəsi var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO