Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq

Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq

Hazırda oxunan: Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq
122246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Bizim.Media xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bu raundda qrup qalibləri pley-off mərhələsindən üzüağ çıxan komandalarla qarşılaşacaqlar. Püşk zamanı qrup birinciləri səpələnmişlər, pley-offdan 1/8 finala adlayanlar isə səpələnməmişlərdə yer alacaqlar.

Qrup mərhələsinin qalibləri (səpələnmişlər):

AZ (Niderland)

“Yurqarden” (İsveç)

“Başakşehir” (Türkiyə)

“Nitsa” (Fransa)

“Sivasspor” (Türkiyə)

“Slovan” (Slovakiya)

“Vilyarreal” (İspaniya)

“Vest Hem” (İngiltərə)

Pley-offda yoluna davam edənlər (səpələnməmişlər):

“Anderlext” (Belçika)

“Bazel” (İsveçrə)

“Latsio” (İtaliya)

AEK (Larnaka, Kipr)

“Fiorentina” (İtaliya)

“Gent” (Belçika)

“Lex” (Polşa)

“Şerif” (Moldova)

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO