Boksçularımız “Qızıl Kəmər” seriyasında komanda hesabında ikinci oldular

Boksçularımız “Qızıl Kəmər” seriyasında komanda hesabında ikinci oldular

Hazırda oxunan: Boksçularımız “Qızıl Kəmər” seriyasında komanda hesabında ikinci oldular

119883

Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində medal sayına görə komandaların tutduqları yer açıqlanıb.

Bizim Media xəbər verir ki, 34 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin də qərarlaşdığı pillə bəlli olub.

Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Rusiya (9-2-0) qərarlaşdığı halda, “üçlüy”ü İtaliya (1-1-1) qapayıb.

Qeyd edək ki, Qızıl kəmər seriyasında boksçularımızdan Ümid Rüstəmovla (57 kq) Nəbi İsgəndərov (67 kq) qızıl, Alfonso Dominqes (86 kq) gümüş, Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO