Boksçularımız Qızıl Seriya turnirində iştirak edəcək

Boksçularımız Qızıl Seriya turnirində iştirak edəcək

Hazırda oxunan: Boksçularımız Qızıl Seriya turnirində iştirak edəcək
117650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək. Yığma fevralın 2-10-da Mərakeşdə keçiriləcək turnirdə qüvvəsini sınayacaq.

Bizim.Media xəbər verir ki, Azərbaycan yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 10 boksçu ilə təmsil olunacaq. Çalışdırıcılar Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda fevralın 12-də Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO