Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı

Hazırda oxunan: Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı
11583
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.

Bizim.Media xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

“Məğlub etdiyim qrossmeysterlə dostam” - Teymur Rəcəbov


İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib.

Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda rəqibinə uduzub - 1,5:2,5.

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

Cütlüklər sabah ən azı daha 4 görüş keçirəcəklər.

Qeyd edək ki, Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

"Opera Euro Rapid"

Yarımfinal

Uesli So (ABŞ) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 2,5:1,5

Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:0,5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO