Dünya çempionatında iştirak edən millilərə ödəniləcək MƏBLƏĞ AÇIQLANDI

Dünya çempionatında iştirak edən millilərə ödəniləcək MƏBLƏĞ AÇIQLANDI

Hazırda oxunan: Dünya çempionatında iştirak edən millilərə ödəniləcək MƏBLƏĞ AÇIQLANDI

111185

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatı bəlli olub. 

Bizim.Media "NBC Sports”a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) bunun üçün 440 milyon dollar vəsait ayırıb. Bu isə Rusiyada dörd il əvvəl keçirilən turnirlə müqayisədə 40 milyon dollar çoxdur. 

Beləliklə, turnirin qalibi Argentina millisi 42 milyon, ikinci yeri tutan Fransa 30 milyon, üçüncü yerin sahibi Xorvatiya 27 milyon, dördüncü yer tutan Mərakeş 25 milyon dollar əldə edəcək. 
Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon (İngiltərə, Braziliya, Portuqaliya, Niderland), 1/8 finaldan kənarda qalan komandaların hər biri 13 milyon dollar (Seneqal, ABŞ, Polşa, Avstraliya, Yaponiya, İspaniya, İsveçrə, Cənubi Koreya) qazanacaq. 

Qrup mərhələsini adlaya bilməyən komandalar - Ekvador, Qətər, İran, Uels, Meksika, Danimarka, Səudiyyə Ərəbistanı, Tunis, Kanada, Almaniya, Serbiya, Belçika, Kosta-Rika, Uruqvay, Kamerun, Qana - hər biri 9 milyon dollar əldə edəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO