“Qarabağ” bu siyahıda 2-ci pilləyə yüksəldi

“Qarabağ” bu siyahıda 2-ci pilləyə yüksəldi

Hazırda oxunan: “Qarabağ” bu siyahıda 2-ci pilləyə yüksəldi
109559
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” 2022-2023 mövsümündə davam edən ölkə çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu Premyer Liqanın XVII turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edərək, Avropanın ən yaxşı göstəricisinə malik ikinci komandasına çevrilib.

Cari mövsüm çempionatda məğlubiyyət üzü görməyən Qurban Qurbanovun kollektivi 17-ci matçında 15-ci qalibiyyətini əldə edib. Ağdam təmsilçisi eyni statistikaya malik Belçika “Genk”i ilə 2-3-cü yerləri bölüşdürür.

Siyahıya Serbiya klubu “Srvena Zvezda” başçılıq edir. “Qırmızı-ağlar” Serbiya Superliqasında keçirdiyi 19 qarşılaşmanın 17-də rəqiblərini məğlub edib.

“Böyük beşlik” ölkələrinin komandaları arasında daxili birincilikdə ən yaxşı göstərici PSJ (Fransa) və “Napoli”dədir (İtaliya). Parislilər Liqa1-də, neapollular isə A seriyasında keçirdikləri 15 görüşün 13-də qalibiyyətə seviniblər.

1. “Srvena Zvezda” (Serbiya) – 19 oyun / 17 qələbə

2-3. “Qarabağ” (Azərbaycan) – 17 / 15

“Genk” (Belçika) – 17 / 15

4-5. “Olimpiya” (Sloveniya) – 20 / 15

“Urartu” (Ermənistan) – 20 / 15

6-7. “Seltik” (Şotlandiya) – 15 / 14

“Düdelanj” (Lüksemburq) – 15 / 14

8. MOİK (Sofiya, Bolqarıstan) – 18 / 14

9. “Larne” (Şimali İrlandiya) – 19 / 14.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO