Azərbaycan Basketbol Liqasında 9-cu tur BAŞLADI - FOTO 

Azərbaycan Basketbol Liqasında 9-cu tur BAŞLADI - FOTO 

Hazırda oxunan: Azərbaycan Basketbol Liqasında 9-cu tur BAŞLADI - FOTO 
108424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib. 

Basketbol Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, turun ilk oyunu bu gün "Sərhədçi" İdman Mərkəzinin idman zalında baş tutub. 

"Sabah BK" və "AAAF Xırdalan BK" arasında keçirilən qarşılaşma ikincilər qalib gəlib. 

Son topa qədər davam edən oyunda "AAAF Xırdalan BK" rəqibi üzərində 82-84 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçuları "AAAF Xırdalan BK"dan Endryu Korum (32 xal, 17 ribaund), "Sabah BK"dan isə Entoni Patti (23 xal, 12 ribaund) olub. 
Qeyd edək ki, 9-cu turun digər oyunları ("NTD BK" - "Olimpik Şəki BK", "Neftçi İK" - "Sərhədçi PİK", "Gəncə BK" - "Zirvə Astara BK") 10-11 dekabr tarixlərində "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. 

Bizim.Media

Azərbaycan Basketbol Liqasında 9-cu tur BAŞLADI - FOTO  - foto 1

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO