Azərbaycan kubokunda yeni mövsümə start verilir

Azərbaycan kubokunda yeni mövsümə start verilir

Hazırda oxunan: Azərbaycan kubokunda yeni mövsümə start verilir
105619
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək.

Bizim.Media xəbər verir ki, bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq.

Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində “Turan Tovuz”la görüşəcək.

Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. “Səbail” MOİK-in qonağı olacaqsa, “Qəbələ” “Araz Naxçıvan”ı qəbul edəcək.

Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku

1/8 final mərhələsi

22 noyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Səbail”

Baş hakim: Əli Əliyev

Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”

Baş hakim: Vüqar Həsənli

Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”

Baş hakim: Kamranbəy Rəhimov

Qəbələ şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO