Gimnastlarımız beynəlxalq yarışda 26 medal qazanıb - FOTO

Gimnastlarımız beynəlxalq yarışda 26 medal qazanıb - FOTO

Hazırda oxunan: Gimnastlarımız beynəlxalq yarışda 26 medal qazanıb - FOTO
101027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapurla yanaşı, Azərbaycan da yarışa qatılıb.

Vətənimizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Sportsbox” klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb.
Belə ki, 21 gimnastla təmsil olunan klub vətənə 11 qızıl, səkkiz gümüş, yeddi bürünc medalla qayıdıb.

Gimnastlar arasında çox kiçik yaşlarından vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova üç dəfə fəxri kürsüdə yer alıb.

O, topla hərəkətlərdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanaraq çoxnövçülükdə 2010-cu il təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO