Bakı-Qazax yolunda baş verən qəzada yaralananların sayı açıqlandı

Bakı-Qazax yolunda baş verən qəzada yaralananların sayı açıqlandı

Hazırda oxunan: Bakı-Qazax yolunda baş verən qəzada yaralananların sayı açıqlandı
629402
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı-Qazax yolunda aprelin 25-də baş verən yol-nəqliyyat hadisəsində yaralananların sayı məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib ki, Ucar ərazisində qeydə alınan avtomobil qəzası nəticəsində iki nəfər xəsarət alıb:

“Ucar ərazisində qeydə alınan avtomobil qəzası nəticəsində iki kişi müxtəlif bədən xəsarətləri alıb. Onlar TƏBİB-in tabeliyindəki Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, zəruri tibbi xidmət göstərilib. Travmatoloq müayinəsindən sonra pasiyentlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Pasiyentlərdən biri ambulator müalicə üçün evə buraxılıb, biri isə başqa tibb müəssisəsində müalicəsinin davam etdirilməsini istədiyi üçün ərizə yazaraq, Göyçay RMX-ni tərk edib”.

 

Xatırladaq ki, hadisə ötən gün magistral yolun Ucar rayonu ərazisindən keçən hissəsində baş verib. Sərnişin daşıyan mikroavtobus qarşıdan gələn digər mikroavtobusla toqquşub (oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO