Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Ziya Bünyadov prospektində, 3- cü Mikrorayon dairəsinin yaxınlığında yeni istifadəyə verilən tuneldə baş verib. 20 yanvar metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan “Chevrole” markalı avtomobilin sürücüsü qəflətən idarəetməni itirib və maşın qarşısıda hərəkət edən 54 yaşlı Vahab Nuriyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilini arxadan vurub.
Hadisə nəticəsində 5 nəfər yüngül xəsarət alıb, xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Qəza zamanı toqquşan avtomobillərə isə ciddi ziyan dəyib.
Avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Surucülər isə izahatlarının alınması ücün Nərimanov rayon polis idarəsinə dəvət olunublar. Hadisə yerində olan Nərimanov rayon Yol Patrul Xidmətinin əməkdaşları qəzanın yüksək sürət nəticəsində baş verdiyini bildiriblər.
Qəza il bağlı başlanan araşdırmalar isə davam etdirilir.(ans)






































































































