Bakıda yol qəzası baş verib.
Hadisə şahidlərinin apa-ya verdiyi məlumata görə, yol qəzası Bakı dairəvi yolunda qeydə alınıb.
“DAEWOO” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində xeyli sayda yaralı olduğu bildirilib.





































































































