Masallıda kanalizasiya çəkilişi ölümə səbəb oldu -  VİDEO

Masallıda kanalizasiya çəkilişi ölümə səbəb oldu - VİDEO

Hazırda oxunan: Masallıda kanalizasiya çəkilişi ölümə səbəb oldu - VİDEO
52733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Masallıda su kanalizasiya xətti çəkilişi zamanı qazıntı işləri aparan 2 nəfər fəhlə torpaq uçqunu altında qalıb.

Hadisə ötən gün saat 19:50 də rayonun Mərkəzi Xəstəxanasının arxa tərəfində baş verib.

Fəhlələr həmin ərazidə kanalizasiya çəkilişi apardığı zaman torpaq uçqunu yaşanıb. Nəticədə, fəhlələr uçqun altında qalıb. Masallı rayon Hüsnühacılı kənd sakini Novruzov Müsəddiq İsmət oğlu hadisə yerində keçinib. Həmçinin digər fəhlə Göyçay rayon Səhadət Qarabağlar kənd sakini Seyidov Ramin Vəkil oğlu ağır dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə dərhal FHN əməkdaşları və hüquq-mühafizə orqanları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Masallıda kanalizasiya çəkilişi zamanı baş verən ölümə səbəb, təhlükəsizlik qaydalarına riayət edilməməsidir



cenubnews
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO