Gizli radar quranın özü “radara düşdü” - Video

Gizli radar quranın özü “radara düşdü” - Video

Hazırda oxunan: Gizli radar quranın özü “radara düşdü” - Video

48408
Yollarımızda gizli radarların quraşdırılması, yol polislərinin ağac arxasında gizlənib xidmət aparması barədə dəfələrlə deyilsə də, yazılsa da, proses davam edir. 


Moderator.az xəbər verir ki, bu dəfə Avtosfer.az-a göndərilən videomateralda «Niva» markalı avtomobildə gizlin radar quraşdıran mülki şəxsin özü vətəndaşın «radarına düşüb». 10 YP 791 dövlət nömrə nişanlı avtomobildə quraşdırılan radarlara başı qarışan mülki şəxs bir də o zaman ayılır ki, onun özünü çəkirlər. Onu kameraya çəkən şəxsə əsəbləşərək qovmaq istəsə də, vətəndaş ondan əl çəkmir. Vətəndaşın «burada nə iş görürsən» sualına isə heç bir cavab vermir. Sadəcə, «get burdan» deməklə kifayətlənir.

Ola bilsin ki, bunlar köhnə kadrlardır. Yeni qanunvericiliyə görə bütün radarlar, o cümlədən mobil gizli radarlar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi-Məlumat Xidmətinə (MMX) inteqrasiya olunmuş olmalıdır. Əks halda, həmin texniki vasitələrdən istifadə qanunsuz sayılır. Kadrda görünən adam, yəni, «Niva»da oturub radarlara nəzarət edən mülki şəxs YPX əməkdaşı deyilsə, bu da kobud qanun pozuntusudur. Həmin adam YPX əməkdaşı olaraq mülki formada gizli xidmət edə bilər. Amma həmin işə kənar adamı cəlb etmək qanun pozuntusudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO