"Sahibkar öz malını sığortalamalıdır" - Kəmaləddin Heydərov

Hazırda oxunan: "Sahibkar öz malını sığortalamalıdır" - Kəmaləddin Heydərov

264271
"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürməkdir".

Moderator.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Onun sözlərinə görə, yanğın baş verən ərazi özəl obyekt olduğu üçün hər bir sahibkar öz malını sığortalamalıdır. Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.xa0

Nazir əlavə edib ki, ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir: "Binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub. Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tiklilərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alovlar məhdudlaşır".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO