Quba-Xaçmaz yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

Quba-Xaçmaz yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

Hazırda oxunan: Quba-Xaçmaz yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

254388
Yanvarın 10-u səhər saatlarında Qubada ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində “Ford” markalı yük avtomobili “VAZ 21010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Qəzada yaralanan Quba rayonu Rustov kənd sakini Seyidəhmədov Ramin Əlfəddin oğlu Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO