Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb

Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb

Hazırda oxunan: Qazaxıstanda saxlanılan Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb

253307
Gəmidə 1 tona yaxın nərə tipli balıq ovu nümunəsi aşkar edilib

Dekabrın 28-də Xəzər dənizinin Qazaxıstan sularında saxlanılan 4 Azərbaycan vətəndaşına qarşı dövlət sərhədlərini pozma ittihamı üzrə cinayət işi açılıb.

Moderator.az "report"-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən "Nur.kz" məlumat yayıb.

İlkin olaraq gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, aşkar olunduğu bildirilsə də, sonradan dəyən ziyanın daha böyük olduğu ortaya çıxıb. Sərhədçilər balıqçı gəmisində dəyəri 496 min 266 dollar olan 794 kiloqramlıq 198 ədəd nərə tipli balıq nümunəsi aşkar edərək götürüblər.

Balıqçılar saxlanılan zaman silahlı insident baş verib. Onlardan biri güllə yarası alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO