30 noyabrda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin təşəbbüsü ilə İrəvanda “Lazarev klubu” öz işinə başladı və Zatulinin yanında gələnlər ermənilərə o qədər yağlı vədlər verdilər ki, hətta məclisə təşrif gətirmiş Koçaryan kimi quzğun belə bu vədlərə şübhə ilə yanaşdı. Təhlükəsizlik problemləri adı altında toplanan bu klubun rusiyalı üzvlərinin məqsədi Paşinyan hakimiyyətinə üzlərini Qərbə deyil, Rusiyaya tutmağı yalvarmaq idi.xa0 Azərbaycan və Türkiyəyə düşmənçilik üstündə köklənmiş bu klubda Rusiyadan gələnlərin canfəşanlığına baxmayaraq Paşinyan klubun açılışına gəlmədi. Prezident Armen Sarkisyan klub üzvlərini qəbul edərkən Zatulindən açıq şəkildə və ironiya ilə soruşdu: ”Siz bura kimləri yığmısınız?”.xa0 Roma papasından da artıq katolik olmaq istəyən rusiyalı siyasətçilərin ermənilərin könlünü xoş edən bəzi çıxışları haqqında məlumat vermişik. MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin Bakını “İsgəndər” raketi ilə vurmaq təklifixa0 artıq məlum məsələdir. Rusların vədləri bununla bitməyib. Ermənistan mətbuatı dünən hətta ermənilərin özü üçün də sensasiya təsiri bağışlayan daha bir vəddən yazıb. “Klubun kulislərində Rusiya nümayəndələri Naxçıvan haqqında danışıblar və əmin ediblər ki, növbəti iclasda erməni torpaqlarını Türkiyə və Azərbaycana vermiş 1921 –ci il Rusiya-Türkiyə arasındakı Moskva müqaviləsinə müraciət edəcəklər”xa0 (Lraqir-04.12.2018). Erməni mediası onu da əlavə edib ki,”kulis söhbətlərinə bəzən inanmaq çətin olsa da, real proseslərxa0 məhz kulislərdə baş verir”.
xa0
Ermənilərin Türkiyə və Azərbaycan torpaqlarına iddiaları və bu iddianın içərisində Qarabağdan sonra Naxçıvanın gəldiyixa0 yenilik deyil. Bu iddianı ortaya ”atanın kazaklar” olduğu hələ çar Rusiyası dövründənxa0 məlumdur. O dövrlərdə rusların vədlərinə uyub Osmanlıya xəyanət edən erməninin aqibətini hamıdan yaxşıxa0 özləri bilir, amma xislətlərininxa0 əsrlərdən bəri təbəələri olduqları imperiyalara xəyanət olduğunuxa0 Rusiya da yaxşı bildiyindən, potensial satqınları şirnikləndirmək üçün Azərbaycan ərazilərini vəd verməkdən çəkinmirlər.xa0
Lazarev klubunun Rusiya tərəfdən olan nümayəndələri Bakını raketlə hədələdi, Naxçıvanı da erməniyə peşkəş edəcəklərinə əmin etdilər. Azərbaycan tərəfindən indiyədək rəsmi etirazın bildirilməməsi, yalnız mediada tənqid olunması təəccüb doğurmaya bilməz.xa0 “Naxçıvanın qrup rəqsləri”nin müdafiəsixa0 haqqında bəyanat verən XİN-imiz nədən erməni KİV-də Naxçıvan haqqında Rusiya nümayəndələrinin mövqeyinə münasibət bildirmir? Bəs, hörmətli deputatlarımızxa0 necə? Rusiya Dövlət Dumasının üzvünün mövqeyinə qarşı televiziyalardan düşməyən politoloq-deputatlarımız niyə passivdirlər?
xa0
Sabah –dekabrın 6-da Sankt Peterburqda KTMT baş katibi məsələsinə baxılmayacaq. Bu məsələ qaldı 2019-cu ilə. MDB –nin üzvü olandan barmağımız bala batmayıb, bu qurumun işləri ilə məşğul olan institutun direktor müavini Bakını raketləxa0 hədələyirsə, bizi KTMT-yə rəsmən yaxınlaşdırmaq istəyənlərin nəzərinə çatdıraq ki, KTMT-də hələ ki, Rusiyanın pıçıltısı ilə erməninin dediyi söz keçir. Paşinyanın sözü ilə Putin baş katib məsələsini 2019-a saxlayıb. Lukaşenkonun, Nazarbayevin dedikləri hələ ki, keçmədi.xa0
xa0
Ermənistan çox incə şəkildə Rusiyaya təzyiq edir və Rusiya da ərkəsöyün erməninin nazı ilə oynayır. Deməli, bəzən yalvarmaq yox, təzyiq etmək daha səmərəlidir.xa0 Burda xalqın birliyininxa0 siyasi dayaq rolunu oynadığını da unutmaq olmaz.xa0 Erməni doymaz bir canlı məxluqdur, qarşısı alınmasa iştahası hər gün artacaq - bu gün Qarabağ, sabah Naxçıvan olacaq.xa0 xa0
xa0
Moderator.az-ın analitik qrupu

































































































