Balakəndəxa039 yaşlı kişixa0borca görə bıçaqlanıb.
xa0
Mahmalar kənd sakini, 1979-cu il təvəllüdlüxa0Elnur Nurməmməd oğlu Nurməmmədovxa0gecə döş qəfəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan “Report”a bildirlib ki, E.Nurməmmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb.xa0
İlkin məlumata görə, hadisə Mahmalar kəndi ərazisində baş verib. E.Nurməmmədov hələ ki, adı açıqlanmayan tanışı ilə borc üstündə mübahisə edib. Mübahisə zamanı tanışı E.Nurməmmədova bıçaq xəsarəti yetirərək hadisə yerinitərk edib.
Faktla bağlı araşdırma aparılır.

































































































