Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...

Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...

Hazırda oxunan: Azadlıq Meydanında ilk dövlət himnimizi ifa edən və noyabr mitinqlərinin ilk aparıcısı...

247725
AZƏRBAYCANxa0 HİMNİNİN MİTİNQLƏRDƏ İLK İFAÇISI NƏRMİNxa0 KAZIMOVA

Nərmin Kazımova 1981-ci ildə Bakıda anadan olub.Bülbül adına Musiqi məktəbində oxuyub. Sonradan fortepiano üzrə musiqi təhsili alıb.O,bir müddət Dövlət konservatoriyasında musiqi sahəsində çalışıb. N.Kazımovanın həmin mitinqdə Himni oxumağını təşkil edən nənəsi Gültəkin ana (üçrəngli Bayrağımızı tikib meydana gətirən) və dayısı Müsəvvər Əsgərov olub.Əsasən nənəsi Gültəkin ana himnin notunu da əldə edərək Nərminin oxumasına köməklik göstərib.N.Kazımova ilk dəfə Dövlət Himnimizi 1989-cu ildə sentyabr -oktyabr aylarındaxa0 Azadlıq meydanında keçirilən mitinqdə oxuyub.Sonralar onun ifasında bu himn dəfələrlə səsələnib.

AZƏRBAYCANxa0 HİMNİNİNxa0 xa0İLKxa0 OLARAQ LENTƏ ALINMASI VƏ SƏSLƏNİŞİ (1989-CU İL, 17 NOYABR)
Azərbaycan Himninin ilk dəfə meydanda rəsmi səslənişi Meydan hərəkatının bir illik yubileyi münasibəti ilə Azadlıq meydanında keçirilənxa0 mitinqində oldu. Şair Vaqifxa0 Səmədoğlunun Şəhriyar adına Mədəniyyət Klubunda musiqi ilə lentə yazdırdığı Himn ilk dəfə burada səsləndirildi.
Yubiley mitinqində Yusif Səmədoğlu çıxış edərək belə bir məlumat verdi: “Azərbaycan Demokratik Respublikasının böyük musiqi əsərləri olmuşdur. O cümlədən, o vaxtlar Marş adlanan himni var idi. 1920-ci ildən bəri bu Himn bizim ana torpaqda səslənməyib. İstəyirdik ki, bugünkü mitinq Ü.Hacıbəyovun “Koroğlu” operasının üverturası ilə başlansın. Ancaq belə qərara gəldik ki, Bayrağın 3 rənginin rəmzi olan Himnlə başlayaq”.
xa0Himn səslənməmişdən öncə Ü.Hacıbəyovun xatirəsi yad edilir və Bayrağın gətirilməsi ötən il Bayrağı meydana gətirən Sakit Həsənova həvalə edilir.
Qeyd:Bakıda keçirilən mitinqlər daimi olaraq Ü.Hacıbəylinin “Koroğlu” operasının məşhur üverturası ilə başlanıb sona çatırdı.İlk olaraq himnimizi canlı və solo olaraq Bülbül adına Musiqixa0 məktəbində oxuyan Nərmin Kazımova ifa etmişdi. Bütün meydanda olanlar əlləri yuxarıda onu dinləyərək, birgə Himni ifa etdilər. Himni ifa edən Nərmin həmin illərdə üçrəngli Bayrağımızı tikib meydana gətirən Gültəkin ananın (Gültəkin Səfərli) nəvəsi idi.
xa0(1989-cu ilin 17 noyabrında Azərbaycan Himni lent yazısı ilə səsləndirilmişdi).
İLK “SAMİZDAT” KİTABIN TƏRTİBÇİ VƏ NAŞİRİ-1988-Cİxa0 İLİNxa0 NOYABR MİTİNQLƏRİNİN TƏŞKİLATÇISIxa0 VƏxa0 İLKxa0 APARICISI – ƏNVƏRxa0 ƏLİYEV

Ənvər Əliyev – 1951-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışır.
1988-ci ilin noyabr ayının 17-də Bakıdakı çoxgünlük mitinqlərin təşkilatçısı kimi Azərb.SSR CM-nin 188-3 maddəsi ilə 1989-cu ilin fevral-iyun aylarında SSRİ Prokurorluğunun xüsusi işlər üzrə istintaq qrupu tərəfindən həbs edilib.
Ə.Əliyev 1992-ci ilin noyabrın 19-da həbsdən azad olunub.
Ə.Əliyevin həbsxanadan Azərbaycan Respublikasının Prezidenti Ə.Elçibəyə 1992-ci ilin noyabrında yazdığı məktub da çox təsirlidir: “Baş tutmasına bir çox amillərlə bərabər, yataqxanamızdakı görüşünüzün və xüsusilə mənim otağmdakı söhbətlərinizin də müəyyən rolu olmuş bu mitinqin başqa cür məqamı da ola bilməzdi... Mənim obyektiv və bəzən də subyektiv səbəbdən susmağımı bəziləri günahkarlıq əlaməti kimi qəbul etsələr də, mən tarixin hər şeyi öz yerinə qoymağına var qüvvəmlə inanmışam və inanıram”.
Ə.Əliyevin həbsxanada yatmasına səbəb olan noyabr mitinqləri indi Azərbaycanda Milli Dirçəliş Günü (17 noyabr) kimi bayram edilir.
xa0Ə. Əliyev 2012-ci ildə özünün “Meydan sirləri” kitabını yazıb çap etdirmiş, burada Noyabr mitinqləri ilə bağlı maraqlı faktlar açıqlamışdır.

Nəsiman Yaqublu, tarix elmləri doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO