Ukraynadakı keçmiş və indiki səfir arasındakı qalmaqal parlament müzakirəsində...

Ukraynadakı keçmiş və indiki səfir arasındakı qalmaqal parlament müzakirəsində...

Hazırda oxunan: Ukraynadakı keçmiş və indiki səfir arasındakı qalmaqal parlament müzakirəsində...

245513
Moderator.az xəbər verir ki, parlamentin bu günki iclasında millət vəkili Zahid Oruc Ukraynadakı indiki və keçmiş səfirimiz arasında yaşanan xoşagəlməz dartışmaya diqqəti yönəldərək baş verənləri qınadı və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa kimsənin haqqı olmadığını bildirdi:
"Düz bir aydır Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfiri arasında dartışma davam edir. Mövzu nədir? 10 il öncə səfirliyin binası təmir olunanda yeyintiyə yol verilib, yoxsa yox. Ay qardaş, bu məsələ Azərbaycanın kompitensiyasında olan bir problemdir, bunu Ukrayna prokurorluğuna müraciət edəndə bir sabiq və indiki səfir arasındakı bu polemika Azərbaycanın Ukraynadakı mövqeyinə mənfi təsir edir. Bütün bu illər ərzində prezident İlham Əliyevin və ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın uğurlu diplomatik məkanı qurulub, formalaşıb. Kimsə bu məsələ ətrafında polemika açmaq istəyirsə, gizli bir məktubla Azərbaycanın prokurorluğuna, daha yuxarı hakimiyyət orqanlarına müraciət etsin, yoxsa bu məsələ ətrafında polemikanın media vasitəsilə ictimailəşməsinə yol vermək olmaz. Onların buna ixtiyarı yoxdur. Məsələ Ukraynada deyil, Azərbaycanda araşdırıla bilər ki, doğrudan da orada yeyinti olub, yoxsa yox".

Bundan sonra Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev söz alaraq həmkarının ittihamlarını dəstəklədi və ad çəkməsə də bu olayı ictimailəşdiridiyinə görə onları qınadı:
"Mənə dünəndən Ukraynadan çoxlu zənglər gəlir və sabah Kiyevdə bununla bağlı mətbuat konfransı keçiriləcək. Nəyə görə Azərbaycanın Ukraynadakı sabiq və indiki səfir arasında olan müəyyən problemlər bu cür üzə çıxmalıdır? Axı nəyə görə başqa dövlətin və başqa xalqın nümayəndələri bunu eşitməlidirlər? Mən də onun tərəfdarıyam ki, bu kimi problemlər ortaya çıxanda o Azərbaycanın hüquq-mühafizə orqanlarının gücü ilə həll olunmalıdır".xa0xa0

Xatırladaq ki, indiki səfir Azər Xudiyev keçmiş səfir Tələt Əliyevin dövründə guya səfirilyin binasının təmiri zamanı yol verdiyi korrupsiyaya görə Ukrayna Prokurorluğuna müraciət edib və araşdırma nəticəsində ittihamlar təsdiqini tapmayıb. Bundan sonra tərəflər arasındakı münaqişə daha da alovlanıb.xa0

Həmin münaqişə ilə bağlı bir neçə gün öncə Moderator.az-da getmiş materialı oxucuların diqqətinə çatıdırırıq:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO