Rusiya prezidentinin inauqurasiyası mayın 7-nə planlaşdırılır. Putin əvvəllər bu tədbir üçün Kremlə gəlməyə Federal Mühafizə xidmətinin fəxri eskortunun müşayətilə gəlib.xa0xa0

Moderator.az RİA Novosti - yə istinadən xəbər verir ki, ola bilsin bu dəfə təntənəli şəkildəxa0 prezident kortejinin Moskvanın içindən keçməklə Kremlə gəlməsindən imtina edilsin” - tədbiri hazırlayanlardan biri bunu deyib.

Bununla bərabər inauqurasiya ənənəyə görə günorta baş tutacaq. Mərasimin başlamasına iki dəqiqə qalmış yeni seçilmiş dövlət başçısı Kremlə gəlib and içəcək.
Bununla bərabər mənbə bildirib ki,xa0 ssenari sonadək hələ təsdiqlənməyib. Proqramın yaxın vaxtlara razılaşdırılması planlaşdırılır.
Əvvəllər söz-söhbət gəzirdi ki, Putin Moskva küçələrində “Kortej”adlı yeni limuzinində şütüyəcək, amma son anda tədbirin rejissoru guya bu ideyadan imtina edib.
xa0xa0
Qeyd edək ki, Prezidentin yeni limuzininin maksimal sürəti saatda 250 kilometrdir.



































































































