İndoneziyanın Aça əyalətində baş verənlər dünyada böyük əks-səda doğurub. Zina etdiyi iddia edilən 2 qadın xalqın qarşısında qamçılanaraq cəzalandırılıb.
Xalq tərəfindən mobil telefon ilə qeyd edilən anlar gənc qadınların çəkdiyi əziyyəti nümayiş etdirib.

Moderator.az xəbər verir ki, evlilik xarici cinsi əlaqə yaşadığı iddia edilən qadınlar bambuk dəyənəyi cəzası alıblar. Bu cəzada bambukdan düzəldilmiş xüsusi çubuqlar istifadə edilir və cəllad başdan aşağı qapalı geyim geyinərək cəzanı həyata keçirir.

Baş verən hadisədə 2 qadının 11 dəyənək zərbəsi ilə cəzalandırılmasına qərar verilib. Belə ki, qadınlardan biri 5-ci zərbədən sonra əlini qaldırmaq məcburiyyətində qalıb.

Ağrıya dözə bilməyən qadına su verildikdən sonra dəyənəklərlə vurulmağa davam edilib. Digər tərəfdən bir qrup adam bələdiyyə binası önünə toplaşaraq cəzaların ictimaiyyət üçün açıq yerdə aparılmasının lazım olduğunu bildiriblər.
xa0
Kamran






























































































