Artıq 4-cü ildir ki, öz vətənlərində - Azərbaycanın işğal altındakı Şuşa türməsində “cəza çəkən”x9d amma faktiki olaraq qanunsuz, işğalçı, separatçı və terrorçu bir rejimin əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevinxa0 gerçək saxlanma şəraiti haqda dəqiq məlumat almaq, təbii ki, mümkün deyil. Mütəmadi olaraq onlarla guya görüşən Qırmızı Xaç Komitəsi üzvlərinin obyektivliyinəxa0 də inanmaqxa0 olmur...xa0
Moderator.az yazır ki, “KarabakhTV”x9d özəl mənbələrə istinadla Xankəndində fəaliyyət göstərən “QHT”x9d-lərdən birininxa0 hazırda faktiki olaraq ““DQR”x9d polisinin cinayət islah idarəsinin cinayət-islah müəssisəsi”x9d adlandırılan Şuşa həbsxanası barədə verdiyi hesabatını əldə edib. Hesabatdaxa0 türmənin Dilqəmlə Şahbazın da saxlanıldığı qapalı rejimli kameraları haqda belə məlumat verilir:xa0

“Qapalı rejim kiçik gəzinti həyətinə, hamam, kitabxana, içərisində soyuducu olan kiçik əmlak anbarı və məhbuslar üçün telefona malikdir. Bu rejimdə gəzinti müddəti 1 saata qədərdir.xa0 Kameralara təbii işıq 1 m x 1.20 m ölçülü pəncərədən kifayət miqdarda(?!-S.L.) düşür. Pəncərədən 1,5 metr məsafədə qəzet oxumaq olar. Kameralarda süni işıq 100 və ya 120 vattxa0 gücündəki lampalar vasitəsiləxa0 təmin edilir.xa0
Lampalar qapının üzərində- tavanın altındaxa0 yerləşdirilib vəxa0 dəmir şəbəkə ilə örtülmüşdür...”x9d

Bundan əlavə məlum olur ki, Şuşa həbsxanasında 3 rejim fəaliyyət göstərir: yarımörtülü, yarımaçıq və qapalı. Müəssisənin ümumi tutumu 350 nəfərdir. Müxtəlif rejimlərdə cəza çəkən məhbuslar bir-birindən ayrılır.xa0 İşçi heyəti 25 nəfərdənxa0 ibarətdir.xa0 Əməkdaşların iş vaxtı -xa0 xa0saat 9-danxa0 18-dəkdir. Növbətçilərxa0 sutka boyu dəyişir(1 sutka iş, 2 sutka istirahət). Həbsxana əməkdaşlarındanxa0 5-i qadındır...”x9d

Hesabatda o da qeyd edilir ki, Şuşa türməsinin, xüsusilə, qapalı rejim kameralarınınxa0 xeyli təmirə ehtiyacı var. Döşəmə və tavanlar, su və kanalizasiya boruları, o cümlədən qapalı rejimin hamamının tavanları təmir olunmalıdır...xa0





P. S. Əlaqədar qurumlarımızda, yəqin ki, daha dəqiq məlumatlar var...
Sultan Laçın








































































































