Quyuya düşərək ölən polis kapitanı imiş...

Quyuya düşərək ölən polis kapitanı imiş...

Hazırda oxunan: Quyuya düşərək ölən polis kapitanı imiş...

151342
Keçən həftə Bakıda su quyusuna düşərək ölən şəxslərdən biri polis əməkdaşıdır.
Sabunçu rayonunda faciəli şəkildə dünyasını dəyişən 42 yaşlı Elşad İbrahimov polis kapitanı, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində tağım komandiri vəzifəsində çalışıb.

Xatırladaq ki, hadisə sentyabrın 8-də baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoli Dmitriyeviçin meyitlərini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO