Müxalifət yenidən İrəvanda küçələri bağlamağa başladı - VİDEO

Hazırda oxunan: Müxalifət yenidən İrəvanda küçələri bağlamağa başladı - VİDEO

72824

İrəvanda etiraz aksiyaları yerli vaxtla saat 08:30-dan başlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan mətbuatı yayıb.

Mənbə qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvanın bir sıra küçələrini yenidən bağlayıblar.

Polis fəalları yolu açmağa çağırıb. Bir neçə dəqiqədən sonra yol yenə də avtomobillərin keçməsi üçün təmizlənib.

Ötən gün Ermənistan parlamentinin sədr müavini daşnak İşxan Saqatelyan bəyan edib ki, etirazlar bütün Ermənistanı əhatə etməlidir. Dünən Ermənistanın rayonlarında da yollar bağlanıb, xüsusən Sevan-İrəvan, Vanadzor-İrəvan, Gümrü-İrəvan yolları, eləcə də Qorusdan İrəvana gedən yollar bağlanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO