Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO

Hazırda oxunan: Meyxanaya pis baxılan Bakı qəsəbəsi - VİDEO
270315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Nardaran sakini Mehrəli Asim olub.

Bizim.Media xəbər verir ki, proqramda o, Nardaranda meyxanaya münasibətin mənfi olduğunu söyləyib:
 

"Nardaranda meyxana son 25-30 ildə yayılıb. Bakı kəndləri daha çox muğama üstünlük verirlər. Meyxana burada elit sayılmır. O, ərəb, fars musiqisi ilə yoğrulub. Bununla ağıl inkişaf etməz, millət ucalmaz".


Mehrəli Asim, həmçinin o vaxtların qonşuluq münasibətlərindən danışıb. "Kəndimizdə Ağasalah dayı var idi.

Həmişə deyərdi ki, Nardaranda hasarlar 10 ildən bir üç daş yuxarı qalxır. Yəni artıq insanların bir-birlərinə güvənmədiklərini demək istəyirdi. Niyə bir-birimizdən gizlənmək istəyirik? Mən sənin ananı, bacını həyətdə görsəm, nə olar ki?! Vaxt var idi burada insanlar həyətlərini çəpərləyirdilər. Hazırda isə vəziyyət dəyişib. Bütün bunlar dövrümüzdə qonşuların bir-birlərinə etibar etməmələrinin göstəricisidir", − deyə o, sözlərinə əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO