Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO

Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO
243078
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin hazırlıq planına uyğun olaraq, müasir döyüş üsullarına əsasən, Azərbaycan Ordusunda yeni əməliyyat konsepsiyasının tətbiqi ilə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki təlim keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti döyüş atışlı təlimin gedişini izləyib.

Müdafiə nazirinə məruzə olunub ki, təlimə cəlb edilən müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə ərazinin kəşfiyyatı aparılır, şərti düşmən hədəflərinin dislokasiyası və zirehli texnikanın hərəkəti barədə məlumatlar operativ şəkildə döyüşü idarəetmə mərkəzinə ötürülür.

Ssenariyə əsasən, hücumdan əvvəl artilleriya bölmələri və aviasiya vasitələri ilə şərti düşmənin cəmləşmiş ehtiyatları və canlı qüvvəsinə zərbələr endirilib, minalanmış ərazilərdən keçidlərin açılması təmin edilib.
 

Təlim zamanı helikopterlər vasitəsilə şəxsi heyət təxliyə edilib, şərti düşmən kolonu pusquya salınaraq zərərsizləşdirilib, həmçinin dayaq məntəqələri ələ keçirilib.


Qeyd edək ki, taktiki təlimin məqsədi müasir döyüş üsulları nəzərə alınmaqla hazırlanmış yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.



Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO - foto 1
Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO - foto 2
Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO - foto 3
Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO - foto 4
Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO - foto 5
Ordumuzda döyüş atışlı taktiki təlim keçirildi - FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO