Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə - VİDEO

Hazırda oxunan: Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə - VİDEO

173678

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər.

Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkə - Almaniya, Banqladeş, Belarus, Bolqarıstan, Əlcəzair, Çin, Hindistan, Fransa, İran, Kamerun, Şimali Kipr, Koreya, Liviya, Malayziya, Meksika, Niger, Pakistan, Polşa, Rusiya, Serbiya, Sudan, Tunus və Yəməndən olan şəxsi heyət və hərbi attaşelər iştirak ediblər.
Təlimlərə 17 min şəxsi heyətlə yanaşı, 110 suüstü gəmi, 7 sualtı qayıq, 27 təyyarə, 22 helikopter və 22 pilotsuz uçuş aparatı qatılıb.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO