Rusiyanın yardım TIR-nı Qarabağa kim buraxmır? - AzTV-dən maraqlı ehtimal - VİDEO

Rusiyanın yardım TIR-nı Qarabağa kim buraxmır? - AzTV-dən maraqlı ehtimal - VİDEO

Hazırda oxunan: Rusiyanın yardım TIR-nı Qarabağa kim buraxmır? - AzTV-dən maraqlı ehtimal - VİDEO

154517

Rusiyanın Qarabağda yaşayan erməni əhali üçün göndərdiyi ərzaq yüklü avtomobilin Xankəndiyə keçidi gecikir. Belə ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin bir maşını səhər saat 10-da təyin olunmuş nöqtədə olmalı idi. Lakin ərzaq dolu yük maşını hələ də Bərdədə gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə AzTV-nin xüsusi buraxılışında deyilir.

Vurğulanır ki, TIR-ın Qarabağa buraxılmaması əsasən Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin təzyiqi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO