Şabranda bəy və gəlindən nümunəvi ADDIM - VİDEO 

Şabranda bəy və gəlindən nümunəvi ADDIM - VİDEO 

Hazırda oxunan: Şabranda bəy və gəlindən nümunəvi ADDIM - VİDEO 

145435

Şabranın Gəndab kəndində yeni ailə quran gənclər gözəl bir ənənənin təməlini qoyublar.

Belə ki, gənclər toy günü şadlıq evinə getməzdən əvvəl kənddə yerli veteranların, sakinlərin və iş adamlarının dəstəyi ilə yaradılmış Gəndab Şəhidlər və Qazilər bağına gəlirlər. Və Şəhidlər bağındakı xatirə kompleksinin qarşısına əklil qoyulur.

Bizim.Media xəbər verir ki, ötən gün toyu olan baş leytenant, Vətən Müharibəsi iştirakçısı Əhməd Paşayev də xanımı ilə bu təşəbbüsü qəbul edib.

Onlar tərəfindən Xatirə kompleksinin qarşısına əklil qoyulub. Yeni ailə quran gənclər burada duz-çörək kəsib, şərbət içib. Hərbçi bəyə türk əli işi olan xəncər bağışlanıb.

Qeyd edək ki, Gəndab kəndində Şəhidlər və qazilər bağı Birinci Qarabağ Müharibəsi veteranı Rəşad Heydərovun təşəbbüsü ilə inşa edilib.

Bu təşəbbüsü veteranlar, sakinlər və yerli icra nümayəndəliyi dəstəkləyib. Rəşad Heydərovun sözlərinə görə, bağın inşası zamanı Gəndab icra nümayəndəsi, türk əsilli iş adamı və işlədiyi FHN-nin Nərimanov Dövlət Yanğından Mühafizə Hissəsinin kollektivi də maliyyə dəstəyi edib.
Veteran həmçinin açıqlamasında bildirib ki, bu ənənənin daimi olması istənilir. Üstəlik gənc və yeniyetmələrimiz zərərli vərdişlərdən uzaq olub, bu bağda torpaq uğrunda canlarından keçən şəhidlərimizi daha çox yad etsinlər.
 

 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO